Toyda arvadına kilolarla qızıl taxan fenomen saxlanıldı
9 Sentyabr 12:22
Hadisə rayonun Tircan kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes Vito” markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Nəticədə altı Hindistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onlardan ikisinin vəziyyəti ağırdır. Hazırda rayon polis əməkdaşları qəzanın baş verdiyi əraziyə cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.
Yol qəzasında beş Hindistan vətəndaşı - Nariş Govda, Kishoranjan, Naqeş Subramanya, Ballenahallı Hirannaian, Mysuru Basavaraju və bir Azərbaycan vətəndaşı Şirinov Rəsul Mübariz oğlu xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Azərbaycanpolisi.az