Ordubad rayonuna qonaq gələn 39 yaşlı kişi bibisi oğlu tərəfindən bıçaqlanıb.
Hadisə rayonun Nəsirvaz kəndində qeydə alınıb.
Kənd sakini, 1979-cu il təvəllüdlü Yalçın Yaqub oğlu Məmmədov kəndə qonaq gələn dayısı oğlu, Kəngərli rayon sakini, 1984-ü il təvəllüdlü Fazil İbrahim oğlu Bayramovu bıçaqlayıb.
Yaralı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
İlkin olaraq, hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azerbaycanpolisi.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































