Hacıqabulda bir neçə gün bundan əvvəl ölmüş kişinin meyiti aşkar edilib.
Hadisə rayonun Talış kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Qalib Əlisa oğlu Əsədov tək yaşadığı evində ölü tapılıb. İlkin məlumata görə, o, dörd-beş gün həyətdə görünməyib. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. Onun öldüyü məlum olub.
Meyit müayinə olunmaq üçün Hacıqabul morquna göndərilib. Üzərində hər hansı bir zorakılıq əlaməti aşkar edilməyib. Q.Əsədovun səfil həyat sürdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































