Keçmiş polis işçisi 200-dən çox qıza təcavüz etdiyinə görə həbs edilib

Keçmiş  polis işçisi 200-dən çox qıza təcavüz etdiyinə görə həbs edilib

Keçmiş britaniyalı polis məmuru 200-dən çox gənc qızı ona seksual fotolarını göndərmək üçün hədələmək və şantaj etmək də daxil olmaqla, 100-dən çox uşaq cinsi cinayətində günahını etiraf etdikdən sonra ömürlük həbs cəzasına məhkum edilib.

Prokurorlar bildirirlər ki, 24 yaşlı Lyuis Edvards telefon proqramında özünü yeniyetmə oğlan kimi təqdim edərək 10-16 yaş arası 210 qızı hədəfə alıb. O, onları özlərinin nalayiq şəkillərini paylaşmağa məcbur edib , sonra qurbanlarının bir çoxunu ifşa edəcəyini qorxudaraq şantaj edib .
2021-ci ildə Cənubi Uels Polisində çalışan Edvards cinayətlərin əksəriyyətini törətdiyi zaman xidmətdə olan polis zabiti məmuru olub. O, fevral ayında həbs edilib və o vaxtdan bəri 160-a yaxın uşaq cinsi istismarı və şantajda günahını etiraf edib.

Bir epizodda prokurorlar Edvardsın qurbanın evini bombalayacağı və ona şəkillər göndərməyi dayandıracağı təqdirdə valideynlərini güllələməklə hədələdiyini söyləyib

Hakim Traysi Lloyd-Klark Edvardsın uşaqlar üçün yüksək təhlükə yaradan cinayətkar olduğunu söylədi. O, onun davranışını "qəddar və sadist" adlandırıb.
“Təqsirləndirilən şəxs özünü zərərçəkmişlərnən eyni yaşda oıduğu kimi göstərib. O, öz qurbanlarını psixoloji cəhətdən nəzarətə ələ alana qədər onlarla manipulyasiya edib”, Lloyd-Klark : "Aydındır ki, o, nəinki cinsi , həm də gənc qızlar üzərində sahib olduğu gücdən həzz alırdı." "Şübhə yoxdur ki, o, Cənubi Uels polisinin və bütövlükdə polis qüvvələrinin reputasiyasına ciddi ziyan vurub" deyə hakim əlavə edib.
Edvards bu ilin əvvəlində polisin qanunsuz hərəkətləri ilə bağlı dinləmələr zamanı işdən çıxarılıb. O, "Cardiff Crown" məhkəməsindəki hökmdə iştirak etməkdən imtina edib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az