Toyda arvadına kilolarla qızıl taxan fenomen saxlanıldı
9 Sentyabr 12:22
Quba-Xınalıq yolunun 3-cü kilometrliyində Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən xəbərə görə, hadisə nəticəsində F.Talıbov eləcə də, sərnişinləri Sübhan Salmanov və İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. Avtomobildə olan digər iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, qəza toy karvanının hərəkəti zamanı baş verib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanpolisi.az