Bakı şəhər Baş Polis İdarəsi əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimin qızını döyməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırma başladıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən axar.az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumata görə, vətəndaş Aynur Vaqif qızı Həmidova polis bölməsinə dəvət olunub və izahatı alınıb:
"Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək".
Qeyd edək ki, ötən gün Aynur Həmidovanın övladının atası tərəfindən işgəncələrə məruz qalmasına dair iddiaları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də araşdırma başladıldığını bildirmişdi. Xatırladaq ki, Aynur Həmidova işgəncə ilə bağlı fotoları sosial şəbəkədə yaysa da, bu barədə polisə müraciət etməyib.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































