Xaçmaz rayonunda quldurluq edən şəxs saxlanıldı
Oxuməni.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Xaçmazda yerləşən yanacaq doldurma məntəqələrinin birində operator işləyən E.Quliyev Rayon Polis Şöbəsinə müraciət edərək, fevral ayının 10-da gecə saat 03:30 radələrində bir nəfər şəxsin ona bıçaqla hədə-qorxu gəldiyini və üzərində olan 1450 manat pulu quldurluq yolu ilə ələ keçirdiyini bildirib. Polis əməkdaşlarının "isti izlərlə" keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə E.Quliyevə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Sərxan Qabulov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi pulların bir qismini xərclədiyini bildirib. Polis əməkdaşları tərəfindən 700 manat pul isə maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































