Rusiyanın Samara vilayətində üç avtomobilin toqquşması nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.
Oxuməni.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin açıqlamasında qeyd olunub.
"Daha 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan beşi reanimasiyadadır", - məlumatda belə deyilir.
Bundan əvvəl avtoqəza nəticəsində 11 nəfərin öldüyü, 15 nəfərinsə xəsarət aldığı deyilirdi. Vilayətin Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan 13-ü xəstəxanaya yerləşdirilmiş, səkkizi ağır vəziyyətdə olub.
Qeyd edək ki, yol qəzası Sızran rayonunun Zaborovka kəndi ərazisində, M-5 "Ural" federal avtomobil yolunda baş verib. Hadisə zamanı yük maşını, mikroavtobus və minik maşını toqquşub.
Avtoqəza ilə əlaqədar cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































