Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.
Oxuməni.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, partlayışdan sonra evdə yanğın başlayıb. Partlayışın gücündən yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.
İki nəfər dağıntılar altından xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.
Hadisənin səbəbləri barədə dəqiqləşdirmə aparılır.
Oxuməni.az videogörüntüləri təqdim edir:
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb

















































