Azərbaycanda güclü YANĞIN - Zəhərlənənlər var

Azərbaycanda güclü YANĞIN - Zəhərlənənlər var

Samuxda yanğın hadisəsi baş verib.

Oxuməni.az xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

Kənd sakini Qurbanov Eldara məxsus tövlədə anidən yanğın başlayıb. Yanğın zamanı tövlədə olan ev quşları yanaraq tələf olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Yanğını söndürməyə gələn kənd sakinləri – 1988-ci il təvəllüdlü Qurbanov Rüfət Eldar oğlu və 1998-ci il təvəllüdlü Bayramov Xəyal Xeyrəddin oğlu tüstüdən zəhərləniblər. Kənd sakinləri xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az