Ukraynanın Xarkov şəhərində Qocalar evində baş verən yanğın nəticəsində çoxlu sayda insanın ölümü ilə əlaqədar yanvarın 23-də ölkə ərazisində matəm elan olunub.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski hadisə yerində olandan sonra keçirdiyi brifinqdə məlumat verib. Baş verən faciəvi hadisə ilə bağlı dövlət qurumlarının hesabatını dinlədiyini deyən V.Zelenski bütün detalların araşdırılacağını bildirib.
Qeyd edək ki, yanvarın 21-i yerli vaxtla 15:03-də Qocalar evinin ikimərtəbəli binasında baş verən yanğın nəticəsində 15 nəfər həlak olub. Bununla bağlı saxlanılan şəxslər Qocalar evinin sahibi, inzibatçısı, kirayəçisi və onun arvadıdır. Qocalar evi qanunsuz fəaliyyət göstərib və qeydiyyatı olmayıb.
Oxuməni.az
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb


















































