Ağcabədidə 2 nəfərin ölümünə səbəb olan yol qəzası baş verib

Ağcabədidə 2 nəfərin ölümünə səbəb olan yol qəzası baş verib

Daxili İşlər Nazirliyini (DİN) Ağcabədidə 2 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı məlumat yayıb.

Oxuməni.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 16-da saat 16 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində Hindarx qəsəbə sakini E.İsmayılovun idarə etdiyi "Mercedes" və Ağdaş rayon sakini Ə.İsrafilovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Ə.İsrafilov və sərnişinlərindən Ağstafa rayon sakini F.Həsənov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Zaur

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az