Norveçdə 29 nəfərin "Pfizer" və "BioNTech" şirkətlərinin koronavirus vaksini vurulmasından sonra ölməsi ilə bağlı narahatlıq artmaqdadır.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə "Bloomberq"in yaydığı məlumatda deyilir. Məsələ ilə bağlı nəşr yazır ki, ölənlərin hamısı bu vaksinlə peyvənd olunanlardır. Norveçin Dərman vasitələri Agentliyi də (NoMA) xəbər verib ki, bütün ölümlər məhz "Pfizer" vaksini ilə bağlıdır. Çünki cümə gününə qədər ölkədə digər vaksinlər əlçatan olmayıb. Orada dəqiqləşdiriblər ki, bütün ölənlərdə peyvəndləmədən sonra ciddi xəstəliklər olub, onların minimal yaşı 75 il təşkil edib. Norveçdə ən azı bircə vaksin dozası alanların sayı artıq 42 min nəfər ətrafındadır.
"İnsanların əksəriyyəti vaksinin gözlənilən kənar effektlərini - ürəkbulanma, öyümə, qızdırma, iynənin vurulduğu yerdə reaksiya və əhvalın ümumi pisləşmsi effektlərini yaşyıblar" - NoMA-nın xəbərində deyilir.
Bu fonda Norveçin ictimai səhiyyə institutunda belə bir fikir irəli sürüblər ki, "ən ağır xəstəlikləri olan insanlar üçün hətta nisbi yüngül effektlər ciddi nəticələrə səbəb ola bilər". NoMA-da qeyd ediblər ki, belə insdentlərin başqa ölkələrdə də olduğundan xəbərdardırlar.
Oxuməni.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































