Meksikada "Pfizer" peyvəndi vurulan 32 yaşlı həkim, qıcolma, nəfəs darlığı və beyin iltihabı ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Oxuməni.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Həkimin səhhəti peyvənd vurulduqdan yarım saat sonra pisləşib. Hazırda peyvəndin doğurduğu reaksiyanın hadisənin səbəbləri araşdırılır. İlkin diaqnoz kimi ensefalomiyelit (onurğa beyində və ya beyində iltihab) göstərilir.
Xəstənin vəziyyətinin stabil olduğu bildirilib. Qeyd edək ki, sözügedən həkimin əvvəllər də bir sıra dərmanlara qarşı allergik reaksiyaları olub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































