Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda bir nəfər hərbçinin şəhərə avtomobillə buraxılmaması ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.
Oxuməni.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dekabr ayının 25-i gecə saatlarında hərbçinin müştəri qismində taksi ilə Gəncə şəhərinin Hacıməlikli girişindəki xüsusi karantin rejimi ilə əlaqədar qurulan stasionar polis postundan şəhərə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən müvafiq icazələrin olmadığı müəyyən edilərək, taksi sürücüsünün şəhərə girişi qadağan olunub. Bundan sonra hərbi geyimli şəxs isə avtomobildən düşərək, şəhər ərazisinə piyada daxil olub: "Daha sonra həmin şəxsin video çəkərək polis əməkdaşlarının guya ondan pul istəməsi barədə sosial şəbəkələrdə yaydığı görüntülər həqiqətə uyğun deyil".
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































