Astarada avtomobil aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Kijəbə qəsəbəsi ərazisində baş verib.
Belə ki, rayonun Ojakəran kənd sakini, 1992-ci il təvəllüdlü Tural Bəxtiyar oğlu Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü T.Həsənov və avtomobildəki sərnişin, onun həmkəndlisi olan 1984-cü il təvəllüdlü Təbriz Nəsrulla oğlu Hidayətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildəki digər sərnişin Kijəbə qəsəbə sakini 20 yaşlı Hidayət Hidayətov isə dünyasını dəyişib.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilərək travmatologiya şöbəsinə yerləşdiriliblər. Qəza nəticəsində ölən H.Hidayətovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Səttar
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































