Ordubad rayonunda yol qəzası baş verib.
Bu barədə Oxuməni.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 18-i saat 17 radələrində Ordubad rayonunun Düylün kəndi ərazisində Üstüpü kənd sakini Xəlil Əliyevin idarə etdiyi "VAZ-2106" və Yuxarı Əndəmic kənd sakini Q.Rzayevin idarə etdiyi "Mercedes Vito" markalı avtomobillər toqquşub. Nəticədə X.Əliyev və sərnişini olan oğlu Elcan aldıqları xəsarətlərdən hadisə yerində ölüb, Q.Rzayevin sərnişini isə xəstəxanaya yerləşdirilib.
Ordubad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































