Oğuzda avtobusun aşması nəticəsində 14 nəfər yaralanıb.
Oxuməni.az xəbər verir ki, hadisə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazisində baş verib.
Bakı şəhər sakini Azər Haqverdiyev idarə etdiyi "Mersedes" markalı, 99- JS 491 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə hərəkətdə olarkən qatı duman səbəbindən idarəetməni itirərək avtobusu yolun kənarına aşırıb.
Qəza zamanı avtobusda olan sərnişinlərdən 14 nəfər - Məmmədov İdris Səfər oğu, Qarayev Rövşən Əlican oğlu, Allahverdiyev Sərvan Qəhraman oğlu, Məmmədov Yaşar Əlixan oğlu, Qasımov Şükür Həsən oğlu, Babayev Vüsal Afət oğlu, Hacıyev Vüqar Şahmar oğlu, Ələkbərov Mahir Həsənbala oğlu, İsgəndərov Nüsrət Həsrət oğlu, Əliyev Əlihüseyn Musa oğlu, Cavadov Maarif Arif oğlu, Məmmədov Yalçın İspəndiyar oğlu, Abdullayev Möhsüm Həşim oğlu və Vəliyev Ceyhun Abbasəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Qeyd edək ki, qəzaya düşən avtobus və avtobusda sərnişin qismində olan şəxslər "Evrascon" ASC-nın işçiləridir.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































