Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Qaraçay-Çərkəz Respublikası üzrə regional idarəsində partlayış baş verib.
Oxuməni.az-ın xəbərinə görə, bu barədə "İnterfaks" məlumat yayıb.
Məlumatda bildirilib ki, kamikadze tərəfindən törədilən terror aktı nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb: "İlkin məlumata görə, radikal və ekstremist yönümlü bir nəfər FTX-nın binasına girib "Allahu Əkbər" qışqıraraq özünü partladıb".
Agentliyin digər mənbəsinin açıqladığı məlumata görə isə iki dəfə partlayış olub. Səhər saat 07-də FTX-nın binasında kiçik həcmli bomba partlayıb. Bir neçə saat sonra isə FTX əməkdaşları hadisə yerində iş apararkən onlara avtomobil yaxınlaşıb. Avtomobildən kamikadze düşərək özünü partladıb.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































