ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində azərbaycanlı Əliyevlər ailəsinin 4 üzvü koronavirusdan (COVID-19) vəfat edib.
Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, ailə başçısı, 1964-cü il təvəllüdlü Əliyev Kamil Əliağa oğlu, həyat yoldaşı 1978-ci il təvəllüdlü Əliyeva Svetlana Yuriyevna, ailənin övladları 1999-cu il təvəllüdlü Əliyev Roma Kamil oğlu və 2001-ci il təvəllüdlü Əliyev David Kamil oğlu bir müddət əvvəl koronavirus diaqnozu ilə ağır vəziyyətdə klinikaya yerləşdiriliblər.
İntensiv müalicə keçmələrinə baxmayaraq onlar ötən həftə ərzində müxtəlif günlərdə vəfat ediblər. Ailənin iki üzvü - ana və böyük övlad eyni gündə dünyasını dəyişib. Övladlardan böyüyü - Roma Əliyev anadangəlmə astma xəstəliyindən əziyyət çəkib.
Ailədən yalnız bir üzv, 2004-cü il təvəllüdlü Əliyeva Amina Kamil qızı qalıb.
Vəfat edənlər xüsusi qayda ilə dəfn olunublar.
Qeyd edək ki, bu, Kamil Əliyevin ikinci evlilikdən olan ailəsi olub.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































