İmişlidə 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxuməni.az xəbər verir ki, hadisə rayonun Şahverdili kəndində baş verib. Belə ki,"Shacman" markalı yük maşını "QAZ-24" markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Əliyev Müslüm Səftər oğlu və sərnişinlər - 1978-ci il təvəllüdlü Gülmalıyeva Zeynəb Məhyəddin qızı, 1986-cı il təvəllüdlü Əliyeva Aytel Ağayar qızı, 1987-ci il təvəllüdlü Əliyev Pərviz Səftər oğlu, 1994-cü il təvəllüdlü Əliyeva Aygül Hilqət qızı, 2003-cü il təvəllüdlü Gülmalıyev Fərhad Abdulla oğlu, 2016-cı il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu və 2017-ci il təvəllüdlü Əliyev Hüseyn Müslüm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar əvvəl İmişli rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Həmid
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































