Şəki rayonunun Çeşməli kəndində ümumi sahəsi 108 kvadrat m olan birmərtəbəli 4 otaqlı evdə partlayış və yanğın baş verib.
Bu barədə Oxuməni.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Partlayış dalğasının təsirindən evin dam örtüyü qısmən çöküb, pəncərə çərçivələri yerindən çıxıb.
Partlayış nəticəsində baş verən yanğında ümumi sahəsi 24 kvadrat m olan bir otağın lambirindən ibarət tavan və içərisində ev əşyaları yanıb. Hadisə zamanı iki nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayış məişət qaz sızması nəticəsində baş verib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Həmidə
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































