Müdafiə naziri David Tonoyanla general Vitali Balasanyan arasında əlbəyaxa dava olub

Müdafiə naziri David Tonoyanla general Vitali Balasanyan arasında əlbəyaxa dava olub

Ermənistan ordusunun Dağlıq Qarabağ münaqişəsində vəziyyəti ağırlaşdıqca ölkədə siyasi çəkişmələr kəskinləşir.

Oxuməni.az-ın məlumatına görə, hazırkı hökumətlə "Qarabağ klanı" arasında münasibətlər daha da pisləşib.

Qeyd olunur ki, bu günlərdə Laçın rayonunda müdafiə naziri David Tonoyanla general Vitali Balasanyan arasında ciddi münaqişə yaşanıb. Nazirin qərargahına gələn V.Balasanyan onu Qarabağda ağır məğlubiyyətə görə ittiham edib. Bundan başqa, general nazirdən istefa verməyi tələb edib. Həmçinin, o, D.Tonoyandan Nikol Paşinyana müraciət edərək onun özünü müdafiə naziri təyin etməsi barədə fərman imzalamağı tələb edib.

Bəzi məlumatlara görə, tərəflər arasında əlbəyaxa dava düşüb. D.Tonoyan generalı həbs etdirməklə hədələyib.

Qeyd olunur ki, həmin gün V.Balasanyan Ermənistanın sabiq prezidenti Robert Koçaryanla da görüşüb. Onlar arasında "Qarabağın xilası" məqsədilə Ermənistanın indiki hökumətini devirmək üçün səyləri birləşdirmək barədə razılıq əldə olunduğu deyilir.

Səttar

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az