Filippin hakimiyyət orqanlarının bildirdiyinə görə, Lusan adasının yaxınlığından keçən "Qoni" tufanı nəticəsində ən azı 10 nəfər həyatını itirib.
Oxuməni.az xəbər verir ki, noyabrın 1-də həmin əraziyə çatan tufanın özü ilə gətirdiyi leysan yağışlar və güclü külək bütün regionda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Çoxlu sayda ev su altında qalıb.
Təbii fəlakətlərlə mübarizə üzrə agentliyin bildirdiyinə görə, təqribən 390 min nəfər dövlət məktəblərinə və digər təxliyə mərkəzlərinə yerləşdirilib. Bir çox obyektlərə yerləşdirilənlərin sayı normadan artıq olduğuna görə, koronavirus pandemiyasının yayılması təhlükəsi yüksəkdir.
Yerli hakimiyyət orqanları hazırda təbii fəlakət nəticəsində zərər çəkən evlərin vəziyyətini araşdırır.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, Filippinin şərqində yerləşən sularda daha bir tropik qasırğa – "Atsani" əmələ gəlib. Getdikcə daha çox güc toplayan yeni qasırğanın noyabrın 5-də Lusan adasına çatacağı gözlənilir.
Səda
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































