Çində bağça müəllimi uşaqları zəhərlədiyinə görə edam cəzasına məhkum edilib.
Oxuməni.az xəbər verir ki, təqsirləndirilən Van Yunun həmkarı Sunla münaqişəsi yaranıb. Qadın intiqam almaq qərarına gəlib və uşaqların sıyığına natrium nitrit qatıb. Nəticədə 25 uşaq zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib, onlardan biri isə həyatını itirib.
İstintaq zamanı Van Yunun ilk dəfə belə addım atmadığı da ortaya çıxıb.
2017-ci ildə qadın əri ilə dalaşıb. Sonra internetdən natrium nitrit alıb, onun suyuna qatıb. Kişi bu suyu içdikdən sonra zəhərlənsə də, onun orqanizmində ciddi fəsad yaranmayıb. Məhkəmə qadının natrium nitritin insanlar üçün təhlükəli ola biləcəyini çox yaxşı bildiyini, buna baxmayaraq, iki dəfə istifadə etdiyini bildirib. Məlumata görə, Van Yun zəhərlədiyi sıyığı bir çox uşağın yeyəcəyini yaxşı bilirdi, amma bu onu dayandırmayıb.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































