Moskvanın Taqansk Rayon Məhkəməsi paytaxtın mərkəzində yol-nəqliyyat hadisəsi törətmiş azərbaycanlı reper Elmin Quliyev barəsində həbs qərarı çıxarıb.
Oxuməni.az xəbər verir ki, onun barəsində iki ay – noyabrın 21-ə kimi həbs qətimkan tədbiri seçilib.
E.Quliyev məhkəmədə təqsirini etiraf edib. O bildirib ki, musiqidən əldə etdiyi gəlirdən zərərçəkənlərə təzminat ödəməyə hazırdır. Müdafiə tərəfi hakimdən reperi ev dustaqlığı şərti ilə azadlığa buraxmağı xahiş edib, lakin məhkəmə vəsatəti rədd edib.
Qeyd edək ki, hadisə sentyabrın 21-də, yerli vaxtla saat 16:20-də (Bakı vaxtı ilə saat 17:20-də) Moskvada, Ostojenko və Pomerançev küçələrinin kəsişməsində baş verib. "Mersedes" markalı avtomobil yüksək sürətlə hərəkət edən "İnfiniti" ilə toqquşub. Toqquşmanın zərbəsindən səkiyə çıxan "İnfiniti" piyadaları vurub.
Qəza zamanı dörd nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya göndərilib, bir nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edb.
İlkin məlumatda bildirilirdi ki, hadisənin baş verməsində "İnfiniti"nin sürücüsü E.Quliyev təqsirkardır. O, sürət həddini aşaraq, yolu işıqforun qırmızı işığında keçib.
Azərbaycan əsilli reper yol hərəkəti qaydalarını pozmaqda təqsirli bilinir. Lakin E.Quliyevin qanında narkotik aşkarlandığından ona qarşı əlavə ittiham irəli sürülüb.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































