Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Oxuməni.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında yeni çəkilmiş Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Biləsuvar şəhər sakini, Ağayev Kamal Mehdi oğlunun idarə etdiyi "Niva" markalı minik avtomobilinin aşması nəticəsində özü və qadın sərnişini hadisə yerində ölüblər. Qadın sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu yol təmir edilib istifadəyə verildikdən sonra ölümlə nəticələnən ikinci yol qəzasıdır.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































