Moskva şəhərinin Müftisi, Müsəlman Ruhani İdarəsi sədrinin müavini İldar Alyautdinov koronavirusa yoluxub.
Oxuməni.az xəbər verir ki, bu barədə İldar Alyautdinov instaqram səhifəsində məlumat paylaşıb.
Müfti bir müddət xəstə olduğunu və sonradan koronavirusa yoluxduğunun aşkarlandığını təəssüf hissilə qeyd edib: "Xəstəliyim dövründə bəzi günlər olduqca çətin keçdi və dərhal diaqnoz qoymadılar. Bir sıra simptomlar var idi, amma yenə də düşünürdük ki, bəlkə də COVID-19 deyil, adi SARS və ya qripdir. Lakin sonradan COVID-19 olduğu təsdiqləndi".
Qeyd edək ki, İldar Alyautdinov 1978-ci ildə Moskvada anadan olub. 2001-ci ildə Qahirədəki Əl-Əzhər Universitetinin Filologiya və İlahiyyat fakültəsini bitirib. 2000-ci ildən başlayaraq Moskva Memorial Məscidinin imamı olub. 2013-cü ildən isə Moskva şəhərinin müftisi təyin edilib.
Oxuməni.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































