"Kristal Abşeron" şirkətinin Nizami rayonu ərazisində apardığı tikinti işləri sakinlərin etirazına səbəb olub.
Oxuməni.az "Yeni Sabah"a istinadən xəbər verir ki, şirkət Kamil Balakişiyev küçəsi, 42 ünvanında yaşayan sakinlərin yolunu bağlamağa çalışır. Buna səbəb isə şirkətin həmin binanın yanında tikdiyi çoxmərtəbəli bina olub.
Bu gün sakinlər şirkətin yolu bağlamasına etiraz olaraq aksiya keçiriblər. Onlar şikrətin sakinlərə əziyyət verdiyini, onların hüquqlarını pozduğunu bildiriblər: "Camaatın evinə gedən yola məhdudiyyət qoyublar, hazırda heç kim evinə gedə bilmir. Hadisə Nizami rayonunda, düz metronun yanında baş verir. Bina köhnədir və bunların səhlənkarlığı ucbatından binamız əsir.
Hamı bu dəqiqə burada dayanıb. Onlar yolu səbəbsiz bağlayıblar. Qanuna görə binalar arasında 12 metr məsafə olmalıdır. Amma bunlara niyə əməl olunmur, bilmirik.
25-ci polis bölməsinə müraciət etmişik, amma heç bir tədbir görmürlər. Əksinə qarşı tərəfi müdafiə edir, onlara köməklik göstərirlər. Biz insanları hələ bir hədələyirlər də...".
Qeyd edək ki, "Kristal Abşeron" şirkəti deputat Ağalar Vəliyevə məxsusdur.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































