Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Oxuməni.az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Azərbaycan Respublikası vətəndaşları, Sumqayıt şəhər sakinləri 1985-ci il təvəllüdlü Babayev Cabir Calal oğlu və 1992-ci il təvəllüdlü Şirəlizadə Aqif Ağaseyid oğlu saxlanılıblar.
Saxlanlmış şəxslərin üzərindən 12 kq heroinə və 9 kq 700 qram tiryəkə oxşar narkotik maddələr aşkar edilərək götürülüb. Sərhəd pozucularının narkotik vasitələri Samir və Kazım adlı İran vətəndaşlarından əldə etdikləri məlum olub.
Bununla yanaşı keçirilmış tədbirlər nəticəsində sərhəd pozucularını qarşılamaq üçün "Daewoo" markalı avtomobillə əraziyə gəlmiş Sumqayıt şəhər sakinləri 1994-cü il təvəllüdlü Ağaseyidli Raqif Vəkalət oğlu və 1997-ci il təvəllüdlü Musayev Tamerlan Telman oğlu şübhəli şəxs qismində saxlanılıblar. Nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin salonunda 0,032 qram metafetaminə oxşar psixotrop maddə aşkar edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Zaur
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































