Gürcüstanda Tiflis sakini Tamar Baçaliaşvilinin ölümü ətrafında skandal böyüyür.
Oxuməni.az xəbər verir ki, Baçaliaşvilinin valideynləri sensasion bəyanatla çıxış ediblər. Onlar qızlarının ölümünün Qarabağa silah tədarükü ilə bağlı olduğunu bildiriblər. Baçaliaşvilinin valideynləri bu tədarükü Gürcüstanın 3 yüksək vəzifəli məmuru ilə əlaqələndiriblər.
"Azərbaycan və Türkiyə rəsmilərini bununla maraqlanmağa və Gürcüstan hakimiyyətindən bu vəzifəlilərlə bağlı faylları tələb etməyə çağırıram. Mənim qızım təsadüfən onları açıb, Qarabağ müharibəsində silah təchizatı sxemini deşifrə edib", – deyə Baçiaşvilinin anası Teona Tamazaşvili söyləyib.
Valideynlər, həmçinin Gürcüstan Baş Prokurorluğu qarşısında etiraz aksiyası keçiriblər. Onlar qızlarının öldürülməsi ilə bağlı peyk görüntülərinin yayılmasını istəyiblər.
Qeyd edək ki, Tamar Baçaliaşvili İT üzrə mütəxəssisdir. Qadın öz şəxsi avtomobili ilə 18 iyulda evdən çıxdıqıb və itkin düşüb. Onun cəsədi axtarışların beşinci günü Tetriçkaro rayonunda avtomobilinin arxa oturacağında aşkarlanıb. İstintaq 1,5 aydır davam edir və burada əsas versiya intihar göstərilir.
Gürcü mətbuatı isə Baçaliaşvilinin ölümündən bir müddət əvvəl Qarabağa silah tədarükündə Gürcüstanın 3 yüksək vəzifəli şəxsinin iştirak etməsinə aid məxfi fayllar ələ keçirdiyinə dair məlumat yayıb. Bu faylı ələ keçirdikdən sonra qadının ünvanına təhdidlər daxil olmağa başlayıb.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































