Avqustun 27-dən 28-nə keçən gecə Avstraliyanın cənub-şərq sahillərində baş vermiş güclü qasırğa nəticəsində üç nəfər həyatını itirib.
Oxuməni.az xəbər verir ki, bu barədə Avstraliyanın SBS telekanalı məlumat yayıb. Bildirilir ki, güclü qasırğa və yağış inzibati mərkəzi Melburn şəhəri olan Viktoriya ştatında elektrik xətləri dirəklərinin və ağacların aşmasına səbəb olub. Təbii fəlakət nəticəsində dörd yaşlı uşaq, 36 yaşlı qadın və 59 yaşlı kişi həyatını itirib. Onların aşan ağacın altında qaldığı bildirilir.
Həmin gecə ştatın fövqəladə xidmət qərargahına aşan ağaclar, elektrik dirəkləri və xətlərin qırılması ilə bağlı 1100-dən çox zəng daxil olub. Hazırda ştat ərazisində yerləşən 90 şəhərdə sakinlərin elektrik enerjisiz qaldığı da qeyd olunub.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































