"Marko" tropik fırtınası ABŞ-ın Luiziana ştatına çatıb və nisbətən zəifləyib. Bu barədə ABŞ Qasırğaları Müşahidə Milli Mərkəzi məlumat yayıb.
Oxuməni.az xəbər verir ki, "Marko" fırtınasının küləyinin sürəti saniyədə 18,05 metrədək azalıb. Fırtına 3,6 metr/saniyə sürətlə şimal-qərbə doğru irəliləyir.
ABŞ Prezidenti Donald Tramp Texas, Luiziana və Missisipi ştatlarında, habelə Puerto-Rikoda fövqəladə vəziyyət elan edib. Bu, ABŞ administrasiyasına fəlakətin fəsadlarını aradan qaldırmaq üçün yerli hökumət orqanlarına federal yardım ayırmağa imkan yaradacaq.
Atlantik okeanda qasırğa mövsümü iyunun əvvəlindən noyabrın sonunadək davam edir.
Oxuməni.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































