İraqın Nəcəf vilayətindəki 20 ərzaq anbarında güclü yanğın baş verib.
Oxuməni.az xəbər verir ki, bu barədə İraqın Mülki Müdafiə Təşkilatının rəhbəri Əli Tovic məlumat verib.
O bildirib ki, bitişik ərzaq anbarlarının birində baş verən yanğın qısa vaxtda digərlərinə də yayılıb. Yanğın zamanı anbarlarda xeyli sayda işçi olub. Hələlik insan tələfatı haqqında məlumat verilməyib.
İraqın "Əl-Malum" saytı bildirib ki, yanğın nəticəsində Nəcəf vilayətinin ərzaq ehtiyatı tamamilə məhv olub. Bu da vilayətdə ərzaq qıtlığı yarada bilər.
Yanğınsöndürənlərin səylərinə baxmayaraq, yanğını hələ də söndürmək mümkün olmayıb.
İlkin olaraq yanğının qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir. Lakin bəzi mətbuat orqanları terror aksiyasını da istisna etmirlər.
Hadisə ilə bağlı təhqiqat aparılır.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































