20 iyul tarixində saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğramışdır.
Bu barədə Oxuməni.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi polkovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat etmiş, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilmiş və təcili tibbi təxliyəsi təşkil olunmuşdur.
Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































