Hindistanın Mumbay şəhərində 3 müxtəlif binanın çökməsi nəticəsində ən azı 7 nəfər ölüb, 18 nəfər yaralanıb.
Oxuməni.az Hindistan KİV-lərinə istinadla xəbər verir ki, son sutka ərzində baş verən çökmə hadisənin ən çox tələfata səbəb olanı şəhərin Fort rayonunda yerli vaxtla saat 16:40 radələrində baş verib. İstismara yararsız hesab edilən 6 mərtəbəli yaşayış binasının bir hissəsinin çökməsi 5 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnib. Səlahiyyətli qurumlar dağıntı altında daha çox sakinin qaldığını güman edirlər. Hazırda axtarış işləri davam edir. Bildirilir ki, bina yaşayış üçün təhlükəli elan olunandan sonra sakinlər oradan köçürülmüşdü. Amma onların bəziləri daha sonra yenidən binadakı mənzillərinə qayıdıblar.
Şəhərin Malad adlanan hissəsində yerli vaxtla saat 14:30 radələrində baş verən digər hadisədə isə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Xilasedicilər çökən ikimərtəbəli binanın dağıntıları altından 15 nəfəri sağ çıxara biliblər.
Mumbayın şəhərkənarı ərazilərindən olan Moralda saat 20:30 radələrində baş verən başqa bir çökmə nəticəsində isə 2 nəfər xəsarət alıb.
Qeyd edək ki, hər 3 çökmə hadisəsinə şiddətli yağışlar səbəb olub. Son 3 gündür Mumbayda müşahidə olunan şiddətli yağışlar şəhərin bir neçə yerində daşqına səbəb olub.
Oxuməni.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































