Rusiyada koronavirusdan ölənlərin sayı artıb

Rusiyada koronavirusdan ölənlərin sayı artıb

Rusiya paytaxtında daha iki nəfər COVID-19 infeksiyasına yoluxma nəticəsində ölüb. Onlarda paralel olaraq digər xəstəliklərin olduğu da bildirilir.

Mediainfo.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq məqsədilə yaradılan operativ qərargah məlumat yayıb.

Məlumata görə, 58 və 70 yaşlı həmin xəstələrdə təsdiqlənmiş koronavirus infeksiyası ilə yanaşı ikitərəfli pnevmoniya, xroniki bronxit, hipertoniya, şəkərli diabet də aşkar olunub.

Qeyd edək ki, Rusiyada ümumilikdə 4731 nəfərə koronavirus diaqnozu qoyulub, 333 nəfər sağalıb, 43 xəstə isə ölüb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az