Tunisdə motosikletlə hərəkət edən iki terrorçunun ABŞ səfirliyinin binasına əl qumbarası atması nəticəsində mühafizəçi polislərdən biri həlak olub, daha 7 nəfər yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Mediainfo.az xəbər verir ki, Tunis Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayışdan sonra səfirliyin binası qarşısında polislə atışma zamanı terrorçular öldürülüb, qanun keşikçilərindən beş nəfəri və mülki şəxslərdən ikisi ağır yaralanıb.
ABŞ səfirliyi "Twitter" vasitəsilə məlumat yayaraq, insanları diplomatik missiyanın binasından uzaq durmağa çağırıb.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































