ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Cənubi Koreyanın Sosan şəhərində "Lotte Chemical" şirkətinə məxsus kimyəvi zavodda baş verən yanğın və partlayış nəticəsində azı 26 nəfər yaralanıb.
Mediainfo.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın təxminən 03:00-da (Bakı vaxtı ilə 22:00-da) neftin distillə olunduğu ərazidə başlayıb. İki saat davam edən mübarizədən sonra yanğının qarşısı 38 yanğınsöndürmə briqadası tərəfindən alınıb.
Hazırda zavodun əksər hissəsi bağlanıb, hadisə yerində müstəntiqlər işləyir.
Mediainfo.az