İsmayıllı rayonunda evdə partlayış baş verib.
Mediainfo.az xəbər verir ki, hadisə rayonun Quşencə kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü Osmanlı Əli Əhliman oğluna məxsus həyət evində güclü partlayış baş verib.
Partlayışdan ev yararsız hala düşüb.
Ev sahibi Əli Osmanlı, həyat yoldaşı 1957-ci il təvəllüdlü Osmanlı Rəhimə Sahib qızı və 1995-ci il təvəllüdlü Osmanlı Tahir Əli oğlu ağır yanıq xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Ər və arvadın vəziyyəti ağır olduğuna görə onlar müalicə üçün təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































