Abşeron rayon sakininə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Mediainfo.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 6-cı polis bölməsinə müraciət edən Abşeron rayon sakini İ.İbrahimova fevralın 26-da "Mercedes" markalı avtomobilində Bakı şəhər sakini olan tanışı F.Quliyevanı Biləcəri qəsəbəsindən evinə aparmaq istəyərkən onun tanışları olan 3 nəfər tərəfindən döyülərək nəqliyyat vasitəsinin və mobil telefonunun alındığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Qazax rayon sakini N.Gülümcanov, Abşeron rayon sakini A.Qasımov və paytaxt sakini E.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Avtomobil və mobil telefon sahibinə qaytarılıb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































