İran İslam Respublikasından Azərbaycana qayıdan daha 34 nəfər xəstəxanaya aparılıb.
Mediainfo.az-ın məlumatına görə, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.
Qeyd edək ki, onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir.
Xatırladaq ki, ötən gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər karantin məqsədi ilə xəstəxanaya yerləşdirilib.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































