ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Dünən karnaval yürüşündə iştirak edənlərin üzərinə maşın sürülüb.
Mediainfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə 30-a yaxın adam yaralanıb.
Avtomobilin sükanı arxasında 29 yaşlı alman vətəndaşı olub. Frankfurt-Mayn Baş Prokurorluğu baş verənləri qətl cəhdi kimi nəzərdən keçirir.
Çoxsaylı şahidlərin ifadələrinə görə, maşını kütləyə vuran sürücü ağır alkoqollu sərxoşluq vəziyyətində olub. Hüquq-mühafizə orqanlarının nümayəndələri bu məlumatı hələlik təsdiqləməyiblər. Bəzi məlumatlara görə, baş verəndən sonra günahkarı döyməyə cəhd göstəriblər, amma polislər onu müdafiə ediblər.
Mediainfo.az