İsmayıllıda iki uşaq anası həyat yoldaşının dostu ilə qoşulub qaçıb.
Bir müddətdir M.H. ilə əri arasında münasibətlər pozulub və onlar boşanma həddinə çatıblar. Qadın aralarındakı münaqişə səbəbindən bir dəfə ərindən küsüb ata evinə qayıdıb. Sonradan əri ilə barışsa da, bu, uzun sürməyib. Qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda ərizəsi rayon məhkəməsinin icraatındadır. Buna baxmayaraq, M.H. ərini tərk edərək başqası ilə yaşamaq qərarına gəlib.
Qadının ailəsi ilə qoşulub qaçdığı kişinin ailəsinin uzunmüddətli dostluq münasibətləri olub.
Onların Türkiyəyə qaçdığı bildirilir.
M.H.-nın ailəsi uzun müddət Rusiyada yaşayıb, onlar bir müddətdir ki, İsmayıllıya qayıdıblar. İki övladları var. Qızları qoşulub qaçıb. Oğlanları isə rayondan olan qızla nişanlanıb, sonra onu tərk edərək Rusiyaya gedib. Orada ailə qurub və övlad sahibidir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































