ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Kalmıkiyadakı Troitski kəndində iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər yerində həlak olub, daha bir nəfər isə xəstəxanada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Mediainfo.az "İnterfaks"-a istinadən xəbər verir ki, Rusiya DİN-in məlumatına görə, avtomobilini idarə edən Datsun yerli sakini ikinci dərəcəli yoldan yola çıxarkən "Lada-Qrant" avtomobili ilə toqquşub, nəticədə hər iki sürücü və üç sərnişin həlak olub, daha bir sərnişin xəstəxanaya yerləşdirilib.
Hazırda faciə yerində Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları, istintaq-əməliyyat polis qrupu və təcili xidmət işçiləri hadisənin səbəb və hallarını müəyyən edirlər.
Mediainfo.az