ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Naməlum şəxslər Burkino-Fasonun şimalında yerləşən kəndə silahlı hücum edərək 24 nəfəri öldürüb.
Mediainfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, vilayətin qubernatoru Sahel Salfo Kabore bildirib ki, fevralın 16-da silahlı terrorçu qrup Pansi yaşayış məntəqəsində dinc əhaliyə hücum edib. İlkin məlumata görə, 24 nəfər, o cümlədən keşiş öldürülüb.
Hücum nəticəsində 18 nəfər yaralanıb, bir neçə nəfər oğurlanıb.
Xəbər verilir ki, terrorçular Pansidəki protestant kilsəsinə hücum ediblər. Gülləbarandan əvvəl onlar yerli sakinləri kəndə qonaq gələnlərdən ayıraraq atəşə tutublar.
Mediainfo.az