Rusiyanın Xabarovsk şəhəri yaxınlığında - Voronej-3 kəndindən 4 km aralıda iki avtomobil Amur çayına düşüb.
Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə balıq ovundan qayıdan üç avtomobil buz bağlamış çayın üzərindən keçərkən baş verib.
Sahildən 50-70 metr məsafədə baş verən hadisə zamanı buzun qırılması nəticəsində ilk olaraq içərisində 2 nəfərin olduğu "UAZ Patriot" markalı avtomobil çaya düşüb. Avtomobildə olan şəxslər boğulub. Daha sonra "Toyota Rush" markalı avtomobil çaya düşsə də, sürücü pəncərədən çıxa bilib.
Arxadan gələn üçüncü maşın isə təhlükədən yayına bilib.
Fövqəladə Hallar Nazirliyinin Regional xilasetmə qrupları əraziyə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən çayda batmış avtomobillərin çıxarılması istiqamətində müvafiq işlər görülür.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































