Türkiyənin şərqində yerləşən Van vilayətində baş verən qar uçqunu nəticəsində bir mikroavtobusda olan azı dörd sərnişin ölüb, daha beş nəfər yaralanıb.
Mediainfo.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Van-Bağçasaray magistral yolunda baş verib.
Məlumata görə, həmin yolda qartəmizləyən maşın işləyirmiş. Qəfildən uçqun olub və qar təbəqəsi avtomobilin üstünə tökülüb. Nəticədə mikroavtobus 40 metr yüksəklikdən uçuruma düşüb.
Əraziyə xilasedicilər cəlb olunub. Avtomobildə olan beş nəfər yaralı halda çıxarılaraq xəstəxanaya çatdırılıb. Dörd nəfərinsə cəsədi çıxarılıb.
Xilasedicilər daha dörd nəfərin qar uçqunu altında qaldığını ehtimal edir. Xilasetmə işləri davam etdirilir.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































