ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Gəncədə axşam saatlarından başlayan güclü külək nəticəsində bir neçə iri gövdəli ağac elektrik xətlərinin üzərinə düşüb.
Mediainfo.az-a bu barədə Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O qeyd edib ki, problem Şəmkirdə də yaşanıb, bəzi evlər işıqsız qalıb.
"Qurumumuzun əməkdaşları həmin əraziyə göndərilib. Problem saat 12:00-a kimi aradan qaldırılacaq. Bildirim ki, Bakıda külək elektrik naqillərinə ziyan yetirməyib".
Mediainfo.az