Mtsenskdə xilasedicilər partlayış baş verən zavodun dağıntılarının altından daha bir nəfərin meyitini çıxarıblar. Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, o, zavodda işləyən qadınlardan biri olub. Bununla da partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Oryol qubernatorunun media üzrə müşaviri Sergey Levnev də bu məlumatı təsdiq edib. O deyib ki, hadisə nəticəsində beş nəfər həlak olub. Ölənlərdən biri Türkiyə vətəndaşıdır. Daha 3 nəfər Türkiyə vətəndaşı isə hadisə zamanı yaralanıb.
FHN-in məlumatına görə, partlayış inşa edilən zavodun sexində baş verib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 3-cü maddəsinin 143-cü bəndinə əsasən ("əməyin mühafizəsi tələblərinin pozulması") cinayət işi başladılıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































